Türkiyə İsrailə qarşı birgə sanksiyaları ehtiva edən Haaqa Qrupunun bəyanatına qoşulub

Türkiyə İsrailə qarşı birgə sanksiyaları ehtiva edən Haaqa Qrupunun bəyanatına qoşulub.
Crossmedia.az xəbər verir ki, Haaqa Qrupunun bəyanatına qoşulan Türkiyə aşağıdakı şərtləri dəstəkləyib.
1. Silah tədarükünə embarqo: İsrailə silah, sursat, hərbi yanacaq və ikili təyinatlı malların birbaşa və ya dolayı yolla göndərilməsi tam qadağan edilir.
2. Limanlar və hava məkanına məhdudiyyətlər: İsrailə silah daşıdığı şübhə edilən, bayrağından asılı olmayaraq, gəmilərə və ya təyyarələrə ölkənin limanlarına və ya hava məkanına giriş qadağan ediləcək; onlara yanacaq və ya xidmətlər göstərilməyəcək.
3. Bayraq siyasəti: Əgər imza atan ölkələrin bayrağını daşıyan gəmilər embarqonu pozarsa, bayraq geri çağırılacaq və ya gəminin belə yükləri daşıması tam qadağan ediləcək.
4. Dövlət fondlarının yenidən nəzərdən keçirilməsi: Mövcud dövlət razılaşmaları yenidən gözdən keçiriləcək və zərurət olduqda İsraillə iqtisadi və ya hərbi əməkdaşlığı əhatə edən razılaşmalar ləğv ediləcək.
5. Beynəlxalq hüquqa riayət: İmza atan ölkələr İsrailə qarşı beynəlxalq hüquq orqanları tərəfindən qəbul edilmiş sanksiya qərarlarına tam əməl edəcəklər.
6. Ümumdünya yurisdiksiya: Hərbi cinayətlər və ya insanlığa qarşı cinayətlər üzrə hüquq pozanlar harada olmasından asılı olmayaraq məsuliyyətə cəlb edilə bilərlər; milli və ya beynəlxalq mexanizmlər işə salınacaq.
16:24 06.08.2025
Oxunuş sayı: 752