“Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” adlı tədbir keçirilib

Yasamal rayonunda “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” adlı tədbir və “Qərbi Azərbaycan İrsi:Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümünə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda olan tədbirin və “Qərbi Azərbaycan İrsi:Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov,Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Milli Məclisin deputatları Kamran Bayramov, Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Sahib Alıyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov və Yasamal rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının Yasamal rayonu üzrə nümayəndəsi Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və Qərbi Azərbaycan İcmasının üzvləri iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümünə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda videoçarxın təqdim edilib.
Tədbir iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını gücləndirməklə yanaşı, müasir geosiyasi çağırışlara cavab verən milli mövqeyimizin möhkəmləndirilməsinin bəyan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi və həmin ilin avqust ayında keçirilən plenumu bu kontekstdə təhlil etdikdə, həmin tarixi hadisənin təkcə respublika üçün deyil, ümumən bütöv bir xalqın gələcəyi üçün dönüş nöqtəsi olduğunu aydın şəkildə görürük. Plenumda qəbul edilmiş beş strateji qərar – sənayeləşmə, kənd təsərrüfatının modernləşdirilməsi, milli kadrların yetişdirilməsi, elmin və mədəniyyətin inkişafı, milli özünüdərkin gücləndirilməsi – Azərbaycanda ideoloji yüksəlişin və siyasi sabitliyin bünövrəsini təşkil etdi. Məhz bu təməl prinsiplər 1993-cü illin ortalarından sonra müstəqil Azərbaycan üçün xilasedici siyasi və ideoloji dayağa çevrildi. Ulu öndərin dövlətçilik konsepsiyasında Qərbi Azərbaycan məsələsi yalnız tarixi yaddaşın bir hissəsi deyil, həm də milli-siyasi suverenliyin ayrılmaz tərkib hissəsi kimi təqdim olunurdu. O, hələ 1990-cı illərdən başlayaraq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarını daim gündəmdə saxlayır, onların qayıdış hüququnu beynəlxalq hüquq normaları çərçivəsində müdafiə edirdi. Bu ideoloji xətt bu gün Prezident İlham Əliyev tərəfindən strateji səviyyədə davam etdirilir. Prezidentin rəhbərliyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın hazırlanması və hüquqi əsaslar üzərində qurulması, məsələnin təkcə emosional deyil, rasional və diplomatik çərçivədə təqdim olunmasını təmin edir. Tədbir çərçivəsində təqdim edilən “Qərbi Azərbaycan İrsi” kitabının I cildi – Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarının toplanması – həm beynəlxalq hüquq normalarının pozulması faktlarını sənədləşdirmə baxımından, həm də Ermənistanın mədəni soyqırım siyasətinin ifşası baxımından siyasi əhəmiyyət daşıyır. Bu sənədlər Azərbaycanın beynəlxalq tribunalarda haqlı mövqeyini sübut edən dəlillər bazasını təşkil edir. Bu baxımdan həm 1969-cu il tarixli plenumun siyasi-ideoloji mirası, həm də bugünkü Qayıdış strategiyası bir-birini tamamlayan dövlətçilik fəlsəfəsinin tərkib hissələridir. Əgər ulu öndər Heydər Əliyev dövrü milli şüurun formalaşması və sistemli dövlətçilik ideyasının təməlinin qoyulması ilə yadda qaldısa, bu gün Prezident İlham Əliyev həmin ideologiyanı reallığa çevirərək Zəfər siyasəti, ərazi bərpası, beynəlxalq hüququn milli maraqlarla uzlaşdırılması kimi fundamental prosesləri uğurla həyata keçirir. Azərbaycanın Zəfər tarixi – 2020-ci il Vətən müharibəsi və ardınca Xankəndi də daxil olmaqla suverenliyin tam bərpası – Ulu Öndərin siyasi iradəsinin təntənəsidir. Bu Zəfər yalnız hərbi deyil, həm də ideoloji zəfərdir. Çünki xalqın mübarizə əzmi, milli yaddaşı, Liderə inamı və tarixə olan sadiqliyi bu uğurun əsaslarını təşkil edir.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov qeyd ediblər ki, Azərbaycanın müasir tarixində 14 iyul 1969-cu il – ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə başlayan yeni dövr, milli özünüdərkin və dövlətçiliyin əsasını qoydu. Bu böyük dönüş nöqtəsi xalqın kimliyinə, milli ideyalarına və itirilmiş haqlarına qayıdışın ideoloji təməlini yaratdı. Ulu öndər Heydər Əliyev Qərbi Azərbaycan məsələsini daim prioritet mövzu kimi gündəmdə saxlayaraq, bu bölgədən deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Bu gün onun siyasi və ideoloji irsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nı təsdiq etməsi, bu sahədə Dövlət Komissiyasının yaradılması tarixi ədalətin bərpası istiqamətində strateji addımdır. Bu qətiyyətli siyasət Ulu Öndərin ideyalarının real nəticələr verməsinin bariz sübutudur. Bu gün Ümummilli Liderin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümü münasibətilə keçirilən tədbirdə tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir çərçivəsində “Qərbi Azərbaycan İrsi:Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı təşkil olunur. Nəşr sübut edir ki, Ermənistan təkcə işğalçı deyil, həm də mədəni irsə qarşı soyqırımı həyata keçirən dövlətdir. Qəbiristanlıqların dağıdılması – xalqın yaddaşına, tarixinə və mənəviyyatına qarşı vandalizm aktıdır. Bu faktlar Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir. Kitab, həm də beynəlxalq hüquq müstəvisində məsuliyyətin təşkili üçün dəyərli hüquqi və tarixi mənbədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin hüquqi və diplomatik müstəvidə davamlı olaraq gündəmə gətirilməsi, mədəni ədalət mübarizəsinin tərkib hissəsidir. Qərbi Azərbaycan ideyası artıq strateji dövlət xəttinə çevrilib. Bu, həm də ulu öndər Heydər Əliyevin gələcəyə ünvanladığı milli çağırışın reallaşması deməkdir. 56 illik siyasi irsin bu gün də aktual qalması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin nəticəsidir. Bu tədbir həm də yeni nəsillərə milli tarixin, ərazi yaddaşının və ideoloji mübarizənin təbliği baxımından mühüm tribuna rolunu oynayır. Ulu öndər Heydər Əliyev ideologiyası bu gün də yolumuza işıq tutur. Azərbaycan xalqı öz liderlərinin müəyyən etdiyi strateji xətt üzrə inamla irəliləyir. Tarixə, yaddaşa və hüquqa əsaslanan bu yol – qələbə və qayıdış yoludur.
Sonra “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi ilə əlaqədar videoçarxın təqdim edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılov, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov və Yasamal rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının Yasamal rayonu üzrə nümayəndəsi Tahir Məmmədov bildiriblər ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi milli oyanışın, strateji dövlətçilik təməlinin və ideoloji birliyin əsasını qoydu. Bu hadisənin 56-cı ildönümü ölkəmizdə təkcə bir tarix deyil, həm də dərin mənəvi və ideoloji məna daşıyır. Ümummilli liderin milli yaddaş, tarix və ərazi məsələlərinə verdiyi önəm Qərbi Azərbaycanla bağlı konseptual yanaşmasında da aydın görünür. Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, xalqın kökü olduğu torpaqlardan zorla qovulması beynəlxalq hüquq qarşısında ciddi məsuliyyət tələb edir. Bu gün bu ideoloji xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış məsələsi artıq yalnız tarixi fakt deyil, dövlət strategiyasına çevrilmişdir. Dövlət Başçısının təşəbbüsü ilə təsis edilən Qayıdış Konsepsiyası bu istiqamətdə konkret və real addımların atılmasına şərait yaratmaqdadır. Ulu Öndərin siyasi mirası bu gün milli ideologiya və hüquq mübarizəsinin əsası kimi çıxış edir. Məhz bu çərçivədə təqdim olunan “Qərbi Azərbaycan İrsi:Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi öz aktuallığı ilə seçilir. Kitab Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarını sənədləşdirərək, beynəlxalq hüquqa ünvanlanmış faktoloji bazanı gücləndirir. Bu cinayət aktları – yalnız mədəni vandalizm deyil, həm də bəşəri dəyərlərə qarşı yönəlmiş məqsədli siyasətdir. Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq bildirmişdir ki, Azərbaycan heç vaxt bu faktları unutmayacaq və bu hüquqların bərpası üçün sonadək mübarizə aparacaq. Təqdim olunan kitab bu yolda elmi və hüquqi cəbhənin silahı rolunu oynayır. Burada təqdim edilən sübutlar – təkcə tarix deyil, həm də gələcək üçün məsuliyyət çağırışıdır. Bu gün Azərbaycan dövləti həm diplomatik, həm hüquqi, həm də ideoloji müstəvidə bu məsələdə ardıcıl və prinsipial mövqe tutur. Ulu öndərin 56 il əvvəl başlatdığı siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyur. Bu, sadəcə bir davamlılıq deyil – bu, ideoloji möhkəmlik və dövlətçilik təfəkkürünün nümunəsidir. Qərbi Azərbaycana qayıdış – tarixi ədalətin, milli kimliyin və ideoloji qürurun bərpasıdır. Bu qayıdış – həm fiziki, həm hüquqi, həm də mənəvi müstəvidə reallaşan milli və strateji vəzifədir. Bugünkü tədbir isə bu ideologiyanın təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm siyasi hadisədir.
Çıxışlardan sonra fəxri fərmanlar, hədiyyələr və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.
16:25 09.07.2025
Oxunuş sayı: 1621