27 İl həsrətin bitdiyi tarixi gün-Zəngilanın azadlığı

2020-ci ilin payızı Azərbaycan tarixində xüsusi yer tutur. 27 illik həsrətdən sonra Azərbaycan Ordusu Vətən müharibəsində şanlı qələbələr əldə edərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbələrin içərisində Zəngilanın azad olunması xalqımız üçün böyük qürur mənbəyidir. 20 oktyabr 2020-ci il Zəngilanın azadlıq günü kimi tarixə düşüb.Azadlıq sadəcə bir hərbi uğur deyil. Bu, ruhların qayıdışı, itirilmiş ümidlərin yenidən doğuşudur.
Bu torpaqların azad olunması üçün canından keçən şəhidlərimiz, Vətənə olan sonsuz sevgilərini göstərdilər. Onların qəhrəmanlığı, Azərbaycan xalqının milli birliyinin və əzminin ən yüksək nümunəsidir. Biz bu igidlərin xatirəsini hər zaman hörmət və minnətdarlıqla yad edəcəyik. Prezidentimizin əzmkarlığı və liderliyi torpaqlarımızın işğaldan azad olunmasında mühüm rol oynadı. Dövlət başçısının qətiyyətli siyasəti və ordumuza verdiyi dəstək xalqın birliyini gücləndirdi, tarixi ədalətin bərpasına yol açdı. Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, suverenliyimizin və gələcək nəsillərə vətən sevgisi aşılayan mesajdır.
Mehriban Yariyeva
15:58 20.10.2025
Oxunuş sayı: 912