İran MAQATE ilə əməkdaşlığı dayandırır

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İran dövlət televiziyası yayıb. Bildirilib ki, qanun layihəsinin qəbulundan sonra parlamentin spikeri Məhəmməd Baqir Qalibaf məsələ ilə bağlı açıqlama verib.
“İranın Atom Enerjisi Təşkilatı ölkəmizin nüvə obyektlərinin təhlükəsizliyi tam təmin olunana qədər Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırır”, – Qalibaf bəyan edib.
Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsi üçün İranın Konstitusiya nəzarət orqanı olan Keşikçilər Şurasının təsdiqi tələb olunur.
Hazırkı qərar İran ilə Qərb arasında gərginləşən nüvə danışıqları fonunda MAQATE-nin nəzarət mexanizmlərinə ciddi təsir göstərə bilər.
16:28 25.06.2025
Oxunuş sayı: 1145