Tramp “İranı bombala” mahnısı ilə zərbə videosu paylaşıb

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında qalmaqallı paylaşım edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp paylaşımında ABŞ-nin İran ərazisinə endirdiyi hava zərbələrini əks etdirən videonu yayımlayıb.
O, görüntüləri “Vince Vance & the Valiants” qrupunun məşhur “Bomb Iran” (“İranı bombala”) mahnısı ilə müşayiət edib.
Sözügedən mahnı 1961-ci ilin “Barbara Ann” hitinə əsaslanaraq sözləri dəyişdirilmiş satirik versiyadır. Paylaşım İran və ABŞ arasında artmaqda olan hərbi-siyasi gərginlik fonunda yayımlandığı üçün qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
15:13 25.06.2025
Oxunuş sayı: 665