Qrossi Agentliyin İranda monitorinq fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb

"ABŞ-nin hücumlarından sonra İranın zənginləşdirilmiş uranının saxlandığı yerlər barədə heç bir məlumatımız yoxdur. İranın nüvə proqramı xeyli zəifləyib. Agentliyin İranda monitorinq fəaliyyətləri ən qısa zamanda bərpa edilməlidir".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi "Fox News"-a müahibəsində deyib.
"İranın nüvə obyektlərinin yoxlanması Tehrana qarşı ayrı-seçkilik tədbiri deyil. Mənim işim İranda və ya hər hansı başqa ölkədə hər qram uran ehtiyatını qeydə almaqdır. İran hökuməti uran ehtiyatlarının miqdarı və harada saxlandığı ilə bağlı şəffaf olmalı və məlumatlandırma işi aparmalıdır", - deyə Qrossi əlavə edib.
11:05 25.06.2025
Oxunuş sayı: 668