ABŞ: İranın Hörmüz boğazını bağlaması iqtisadi intihar olar

ABŞ-nin prezidenti Cey Di Vens NBC News telekanalına verdiyi müsahibədə bildirib ki, İranın Hörmüz boğazını bağlaması ölkə iqtisadiyyatı üçün “intihar”a bərabər olar. O qeyd edib ki, İranın bütün iqtisadi sistemi bu boğaz üzərindən keçən neft ixracına bağlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat verib.
“Məncə, bu addım onların öz iqtisadiyyatını dağıtması deməkdir. Əgər dünya üzrə enerji təchizatında pozuntu yaratmaq istəyirlərsə, bu onların qərarı olar. Amma bunun nə onlara, nə də başqasına faydası yoxdur”, deyə Vens bildirib.
ABŞ dövlət katibi: Çin İrana təsir göstərməlidir
ABŞ-nin dövlət katibi Marko Rubio isə Fox News kanalına açıqlamasında Pekini Tehrana təsir göstərməyə çağırıb. O bildirib ki, Çin də öz neft nəqlində Hörmüz boğazından asılıdır və bu səbəbdən İranı bu addımdan çəkindirməlidir.
“Pekin rəhbərliyini İrana zəng vurub bu məsələni müzakirə etməyə çağırıram, çünki Çin özü də bu boğazdan neft nəqlində ciddi şəkildə asılıdır”, deyə Rubio qeyd edib.
Nigar Rəhimova
19:24 23.06.2025
Oxunuş sayı: 764