Tramp: İran xalqı rejimə qarşı ayağa qalxmalıdır

Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp, əgər Tehran Vaşinqtonla danışıqlardan imtina edərsə, İran xalqının rejimə qarşı üsyan etməli olduğunu düşünür.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
“Prezident sadəcə bir sual qoydu düşünürəm ki, bu, dünyanın bir çox yerində insanları maraqlandırır: əgər İran rejimi nüvə proqramını dayandırmaqdan və diplomatik danışıqlara girməkdən imtina edirsə, niyə İran xalqı bu qəddar, terrorçu rejimə qarşı ayağa qalxmamalıdır?”, deyə Livitt bildirib.
Onun sözlərinə görə, ABŞ-nin hərbi mövqeyində dəyişiklik yoxdur, lakin Tramp vəziyyətin diplomatik yolla həllində hələ də maraqlıdır.
Nigar Rəhimova
18:20 23.06.2025
Oxunuş sayı: 784