Ağ Ev: Tramp İranın nüvə bombası yaratmaq imkanını məhv etdi

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, İran ABŞ üçün qaçılmaz bir təhdid olub və prezident Donald Tramp bu təhdidə qarşı tədbir görən ilk prezidentdir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABC News məlumat verib.
Livitt ABŞ-ın son hərbi zərbələrinin nəticələrini yüksək qiymətləndirərək, onların İranın nüvə bombası yaratmaq imkanlarını aradan qaldırdığını deyib.
O, həmçinin vurğulayıb ki, ABŞ administrasiyası İranın zərbə endirilən obyektlərində zənginləşdirilmiş uran saxlanıldığına əmindir.
Nigar Rəhimova
18:06 23.06.2025
Oxunuş sayı: 1115