Putin: “İrana hücum əsassız təcavüzdür”

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib. Tərəflər regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, görüş zamanı Rusiya Prezidenti İranın üzləşdiyi təzyiqlərə toxunaraq, “İrana hücum əsassız təcavüzdür” deyə bildirib. Putin vurğulayıb ki, Tehranla Moskva arasında keçirilən bu səviyyəli dialoq tərəflərə mövcud böhranlı vəziyyətdən çıxış yolları axtarmaq üçün əhəmiyyətli imkanlar yaradır.
Putin əlavə edib ki, Rusiya İranla əməkdaşlığı yüksək qiymətləndirir və regionda sabitliyin qorunması üçün birgə səylərin vacibliyini qeyd edib. Görüşdə, həmçinin beynəlxalq hüququn prinsiplərinə hörmət və qarşılıqlı anlaşma mühiti əsas mövzulardan biri olub.
Fatimə Nəbiyeva
16:35 23.06.2025
Oxunuş sayı: 800