ABŞ İsrailin niyyətini İrana çatdırmaq üçün ərəb ölkələrindən vasitəçilik istəyib

ABŞ administrasiyası ərəb ölkələrinin rəsmilərindən xahiş edib ki, İsrailin yaxın zamanda münaqişəni bitirmək niyyətində olduğunu İran tərəfinə çatdırsınlar. Vaşinqton bu addımı bölgədə gərginliyin azaldılması və mümkün qarşıdurmaların qarşısının alınması məqsədilə atıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İran tərəfi bu çağırışa cavab olaraq bildirib ki, hələlik geri çəkilməyə hazır deyil və ABŞ tərəfindən ediləcək istənilən hücuma qarşılıq verməyi özünə borc bilir. Tehran bölgədəki hərbi mövcudluğunu və cavab gücünü qoruyub saxlamaqda israrlıdır.
Məlumata görə, İsrail isə İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanı yaxın günlərdə başa çatdırmaq niyyətindədir. İsrail rəsmiləri bildiriblər ki, əsas hədəflərin əksəriyyəti artıq vurulub və siyahı demək olar ki, tamamlanmaq üzrədir. Onlar ümid edirlər ki, bu, döyüşlərin dayandırılması üçün siyasi və hərbi zəmin yaradacaq.
Fatimə Nəbiyeva
16:25 23.06.2025
Oxunuş sayı: 872