İran XİN: “ABŞ müharibənin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürməlidir”

İran Xarici İşlər Nazirliyi ABŞ-ni Yaxın Şərqdəki gərginliyin nəticələrinə görə məsuliyyət daşımağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai IRNA-ya açıqlamasında bildirib.
“Gələcəkdə nə baş verəcəyini söyləmək çətindir, lakin bir məsələ aydındır: bu müharibənin nəticələrinə görə məsuliyyət Vaşinqton və sionist rejimin üzərinə düşür”, – deyə Bəqai qeyd edib.
Nazirlik rəsmisi ABŞ-nin son açıqlamalarını və növbəti hücum təhdidlərini qlobal səviyyədə “təhqir” kimi qiymətləndirib.
O, həmçinin vurğulayıb ki, İranın öz qanuni müdafiə hüququndan istifadə etmək haqqı var:
“Biz bu hüquqdan mütləq istifadə edəcəyik. Tehran İsrailin hücumlarına cavab verərkən maksimum təmkin nümayiş etdirib və yalnız hərbi hədəfləri nişan alıb”.
13:19 23.06.2025
Oxunuş sayı: 911