İran: Müharibə altı ay davam edə bilər, hazırlıqlar görülüb

İran İsraillə müharibənin altı aya qədər davam edə biləcəyini hesablayır və bu ssenariyə uyğun olaraq hazırlıqlarını tamamlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fars News" agentliyi məlumat verib.
Tehran İsrailə qarşı hərbi əməliyyatların intensivliyini artırmağa hazırlaşır. Rəsmi mövqedə qeyd olunub ki, İsrail regionda ABŞ-nin əsas hərbi bazası kimi qəbul edilir və hücumların davamı da bu çərçivədə nəzərdə tutulur.
Nigar Rəhimova
11:57 23.06.2025
Oxunuş sayı: 763