Tramp: Körfəz hava məkanından istifadə olunmayıb və ya

Səudiyyə Ərəbistanı kral ailəsindən olan mənbənin İsrailin Kanal 12 televiziyasına verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı həyata keçirdiyi hücum zamanı Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin hava məkanından istifadə etməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu qərarı Körfəz ölkələrinin narahatlıqlarını nəzərə alaraq verib və bununla bağlı öz mövqeyini onlara çatdırıb. Səudiyyə rəsmiləri xüsusilə Buşəhrdəki nüvə reaktoruna zərbə endirilməməsini istəyiblər. Onlar radioaktiv materialların Fars körfəzinə sızması riskini önə çəkiblər.
Mənbənin sözlərinə görə, Tramp bu müraciətə hörmətlə yanaşıb və reaktora zərbə endirilməsindən çəkinib.
00:56 23.06.2025
Oxunuş sayı: 720