İsrail- İran müharibəsinə görə Almaniya kanslerinin “başı ağrıyır”

Almaniyada kansler Fridrix Mertsi İsrailin İrana endirdiyi zərbələri “çirkli iş” adlandırdığı üçün cəzalandırmağa çağırırlar – onu “müharibəyə təhrikdə” ittiham edirlər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bir qrup alman mədəniyyət və siyasət xadimi kansler Mertslə bağlı Federal Prokurorluğa və Berlin Prokurorluğuna şikayət edib. Buna səbəb Mertsin İsrailin İrana endirdiyi zərbələr barədə səsləndirdiyi sözlər olub: “Bu, hamımız üçün çirkli işi görən bir hərəkətdir”.
İmzalanan şikayətdə Merts təcavüzkar müharibəyə təhrikdə, dinc yanaşı yaşama prinsiplərini pozmaqda və hətta nasist ritorikasına bənzər ifadələrdən istifadə etməkdə ittiham olunur. İmzalar arasında kabare sənətçisi Diter Hallerforden, Bundestaqın keçmiş deputatı Ditger Dem və rusiyapərəst “Sara Vaqenknext İttifaqı” partiyasının siyasətçisi Andrey Qunko da var.
Onların fikrincə, kanslerin sözləri AFR-in Konstitusiyası və BMT Nizamnaməsinə ziddir.
Pərvin Hacıyeva
20:54 22.06.2025
Oxunuş sayı: 847