Kir Starmer: "İran dərhal diplomatik danışıqlara qayıtmalıdır"

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İrana dərhal diplomatik danışıqlara qayıtmaq çağırışı edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Starmer X sosial şəbəkəsində yayımladığı bəyanatda bildirib ki, İrana heç vaxt nüvə silahı hazırlamağa icazə verilməməlidir və ABŞ bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçib. O, İranın nüvə proqramını beynəlxalq təhlükəsizliyə ciddi təhdid adlandırıb.
Baş nazir siyasi yolla həllin vacibliyini vurğulayaraq deyib: “Biz İranı danışıqlar masasına qayıtmağa və mövcud böhranı diplomatik yolla həll etməyə çağırırıq.”
Bu açıqlamaya cavab olaraq, İranın xarici işlər nazirliyi ABŞ-ı “İrana qarşı təhlükəli müharibə başlatmaqda” ittiham edib və nüvə obyektlərinə edilən hava hücumlarını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
13:34 22.06.2025
Oxunuş sayı: 1399