İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı və digər ərazilərinə silsilə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran və respublikanın digər bölgələrində bir neçə hərbi obyektə silsilə zərbələr həyata keçirir. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Hücum nəticəsində bir sıra yüksək rütbəli hərbçilər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı Hüseyn əl-Salami, Ənbiya Əl-Salami Komandanlığının iki yüksək vəzifəli zabiti – Qulaməli Rəşid və Əli Şadmani, SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, doqquz nüvə alimi və digər yüksək vəzifəli məmurlar həlak olub.
Eyni gün İran cavab olaraq İsrailin Təl-Əviv də daxil olmaqla müxtəlif ərazilərinə 150-dən çox ballistik raket və 100-dən artıq PUA ilə hücum təşkil edib. Nəticədə mülki əhali arasında itkilər və genişmiqyaslı dağıntılar qeydə alınıb.
06:02 19.06.2025
Oxunuş sayı: 705