Tramp: “Biz İranın qondarma “ali rəhbərinin” harada gizləndiyini bilirik”

Dünən ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında İrana xəbərdarlıq edərək yazıb:
“Biz İranın qondarma “ali rəhbərinin” harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, ancaq orada təhlükəsizdir. Biz, heç olmasa, hələlik onu çıxarmaq (öldürmək) fikrində deyilik. Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə vurulmasını istəmirik. Səbrimiz tükənir. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik!”.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
İranın ali rəhbəri Əli Xameneyi Trampın təhdidindən dərhal sonra “X” hesabında paylaşım edərək yazıb:
“Heydərin mübarək adı ilə döyüş başlayır, Əli Zülfüqarı ilə Xeybərə qayıdır”.
Qeyd edək ki, bu ifadə, İslam tarixində Məhəmməd peyğəmbərin rəhbərliyi ilə yəhudi qəbilələrinə qarşı baş vermiş Xeybər döyüşünə istinaddır. Xameneyinin paylaşımı bu tarixi hadisəni simvolik şəkildə canlandıraraq, hazırkı geosiyasi gərginliyi – xüsusilə İsrail və ABŞ-a qarşı müqaviməti göstərir.
17:44 18.06.2025
Oxunuş sayı: 727