Cənubi Kipr Prezidenti: “İran bizdən İsrailə bəzi mesajlar çatdırmağı xahiş edib”

Cənubi Kiprin Prezidenti Nikos Christodoulides İran və İsrail arasında gərginliklə bağlı diqqətçəkən açıqlama verib.
“İran bizdən İsrailə bəzi mesajlar çatdırmağı xahiş edib”, – deyə o bildirib.
Christodoulides əlavə edib ki, bu məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını planlaşdırır:
“Mən bu gün baş nazir Benyamin Netanyahu ilə danışacağam”, – deyə Cənubi Kipr lideri qeyd edib.
21:35 15.06.2025
Oxunuş sayı: 672