İranın zərbələrindən sonra İsrailin Tamra şəhərində iğtişaşlar baş verib

İranın həyata keçirdiyi raket zərbələrindən sonra İsrailin əsasən ərəblərin yaşadığı Tamra şəhərində iğtişaşlar baş verib. Yerli mənbələrin məlumatına görə, sakinlərlə polis qüvvələri arasında toqquşmalar qeydə alınıb.
İğtişaşların səbəbi zərbələrdən sonra yaranan gərginlik və şəhərdə artan narazılıqlarla əlaqələndirilir. Hadisə zamanı xəsarət alanlar və saxlanılan şəxslərlə bağlı hələlik rəsmi məlumat verilməyib.
Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət nümayəndələri vəziyyətin nəzarət altına alındığını bildirsə də, bölgədə gərgin atmosfer davamedir.
11:24 15.06.2025
Oxunuş sayı: 985