Müharibədə yeni dəyişiklik: Rusiya və Ukraynalı əsgərlərin cəsədləri geri qaytarıldı

İyunun ikisində İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşma əsasında, Ukrayna 1.212 əsgərin cəsədini təhvil alıb, Rusiya isə 27 əsgərin nəşini geri götürüb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Hərbi Əsir İşləri üzrə Koordinasiya Mərkəzinin Telegram hesabında yayımlanan açıqlamada bildirilir ki, Rusiya ilə əldə olunan razılaşma çərçivəsində müharibədə həyatını itirən 1.212 ukraynalı əsgərin cəsədi ölkəyə qaytarılıb. Eyni zamanda Moskva tərəfi də 27 rus əsgərinin nəşini təhvil alıb.
Kiyev rəhbərliyi, Harkiv, Luqansk, Donetsk, Zaporijya, Xerson və Rusiyanın Kursk bölgəsində baş verən döyüşlərdə həlak olan əsgərlərin cəsədlərinin qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) və Ukraynanın müvafiq qurumlarının böyük rol oynadığını bildirib.
Açıqlamada həmçinin, vəfat edən əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi üçün qısa müddətdə müvafiq araşdırmalara başlanacağı qeyd olunub.
Mədinə Cəlilova
23:00 11.06.2025
Oxunuş sayı: 1199