İlon Mask Donald Tramp haqqında söylədiklərinə görə üzr istədi

İlon Mask çərşənbə günü sosial mediada ABŞ Prezidenti Donald Tramp haqqında yazdığı bəzi fikirlərindən peşman olduğunu bildirib. Mask X platformasında paylaşdığı yazıda “Keçən həftə Prezident Tramp haqqında etdiyim bəzi paylaşımlar çox irəli getdi, buna görə üzr istəyirəm” deyib.
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
Keçən həftə iki tərəf arasında sosial mediada gərgin mübahisələr yaşanıb. Mask əvvəlcə Tramp-ın hökumətdəki yaxın müttəfiqi kimi fəaliyyət göstərsə də, onun vergi və daxili siyasət qanunlarına sərt reaksiya verməsi münasibətləri soyudub. Mask bu qanunu ABŞ dövlət maliyyəsinə mənfi təsir göstərəcək “iyrənc bir şər” adlandırıb.
Tesla CEO-su həmçinin Tramp və digər respublikaçıların keçmişdə ABŞ-ın büdcə və xərcləri barədə səsləndirdiyi tənqidi fikirləri yenidən paylaşaraq sərt tənqidini davam etdirib. Bu arada Tesla-nın səhmləri Mask-ın geri çəkilməsindən sonra artıb.
Maskın sosial mediada Trampın ötən prezident seçkisində onun köməyi olmadan uduzacağını iddia etməsi və daha da qızışdırıcı şəkildə Trampın Jeffrey Epstein işləri ilə əlaqəsi olduğunu bildirməsi də böyük rezonans doğurub. Mask bu iddiasını sübut etməyib.
Tramp isə öz növbəsində Mask-ın şirkətlərinə verilmiş hökumət müqavilə və subsidiyalarını dayandıra biləcəyini açıqlayıb və Maskla bir müddət danışmayacağını bildirib.
Maskın atası Errol Mask isə oğlunun Trampla mübahisə etməsini səhv hesab edib və onların tezliklə barışacağına ümid etdiyini söyləyib.
Nigar Rəhimova
16:42 11.06.2025
Oxunuş sayı: 909