ABŞ və Çin ticarət məhdudiyyətlərinin azaldılması ilə bağlı razılığa gəldi

ABŞ və Çin nümayəndələri London şəhərində keçirilən danışıqlarda iki ölkə arasında ticarət məhdudiyyətlərinin qismən aradan qaldırılması və Çindən nadir torpaq metalları tədarükünün təmin edilməsi ilə bağlı razılaşmaların həyata keçirilməsinə dair planı razılaşdırıblar. Bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik Reuters agentliyinə açıqlama verib.
Bu barədə Crossmedia.az Reuters agentliyinə istinadla xəbər verir.
Nazirin sözlərinə görə, tərəflər 10–11 may tarixlərində Cenevrədə əldə edilmiş və qarşılıqlı gömrük rüsumlarının azaldılmasını nəzərdə tutan razılaşmalar əsasında “Cenevrə konsensusu”nun icrası üçün çərçivə razılığına gəliblər.
Latnik qeyd edib ki, razılaşdırılmış plan yaxın günlərdə ABŞ Prezidenti Donald Trampa və Çin Sədri Si Tszinpinə təsdiq üçün təqdim ediləcək. Bu addım iki ölkə arasında gərgin ticarət münasibətlərinin yumşaldılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Nigar Rəhimova
11:30 11.06.2025
Oxunuş sayı: 1157