Səudiyyə Ərəbistanı neft bazarında yeni qiymət müharibəsinə başlayır

Səudiyyə Ərəbistanı qlobal neft bazarında yeni qiymət müharibəsinə start verir. Bu barədə Bank of America Corp.-un xammal araşdırmaları şöbəsinin rəhbəri Fransisko Blanş məlumat verib. Onun sözlərinə görə, krallığın əsas məqsədi ABŞ-ın şist nefti istehsalçıları və digər rəqiblər səbəbindən itirdiyi bazar payını geri qaytarmaqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat verib.
Bu strategiyanın əsas elementlərindən biri OPEC+ ölkələrinin hasilatı artırmaq qərarıdır. Belə ki, may ayının sonunda təşkilat üzvləri iyul ayında gündəlik neft hasilatını 411 min barel artırmaq barədə razılığa gəliblər.
Fransisko Blanşın fikrincə, bu qiymət müharibəsi qısa və sərt deyil, əksinə, uzunmüddətli və mərhələli şəkildə aparılacaq. Bu isə yaxın aylarda neft bazarındakı dinamikalara birbaşa təsir göstərə bilər.
Nigar Rəhimova
10:50 11.06.2025
Oxunuş sayı: 1141