İsrail “Madlin” gəmisindəki bütün fəalları , Ben-Qurion hava limanına çatdırıb

İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, “Madlin” gəmisində olan bütün fəallar, o cümlədən məşhur ekoloji fəal Greta Tunberq, İsrail hakimiyyətləri tərəfindən Tel-Əvivdəki Ben-Qurion hava limanına gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onlar yaxın saatlarda öz ölkələrinə uçmalıdılar.
Bəyanatda bildirilib: “Selfi yaxtasında olan sərnişinlər İsraildən çıxaraq öz ölkələrinə qayıtmaq üçün Ben-Qurion hava limanına çatdırılıb. Gözlənilir ki, bəzi sərnişinlər yaxın saatlarda İsraildən uçuş edəcək. Deportasiya sənədlərini imzalamaqdan imtina edənlər isə İsrail qanunlarına uyğun olaraq məhkəmənin qərarı ilə deportasiya ediləcək”.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Ben-Qurion hava limanında gəmidəki fəalları onların ölkələrinin konsulları qarşılayıblar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İsveçli ekoloji fəal Greta Tunberqə emosiyalarını idarə etməyi öyrənmək üçün kurslara yazılmasını tövsiyə etmişdi.
Xumar Emilqızı
10:28 11.06.2025
Oxunuş sayı: 1190