Ekspert: “Yarımçıq impiçment Paşinyana siyasi üstünlük verə bilər”

“Tamamlanmamış impiçment prosesi baş nazir Nikol Paşinyana seçkilərdən əvvəl “təhlükəsizlik yastığı” yarada bilər”.
Crossmedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan deyib.
O, bildirib ki, bu halda namizədin yaxşı və ya pis olmasının heç bir önəmi yoxdur: “Məsələ prosesi başlamaqda deyil, onu başa çatdırmaqdadır. Əgər siz impiçmenti başladıb tamamlamasanız, altı ay ərzində baş naziri “təhlükəsizlik yastığı” ilə təmin edəcəksiniz. Çünki altı aydan sonra yeni il başlayacaq və yanvarda seçkiqabağı kampaniya start götürəcək. Təbii ki, növbəti impiçmenti yenidən başlatmaq mümkün olmayacaq. Çünki qarşıda seçkilər durur.
Nigar Rəhimova
23:45 10.06.2025
Oxunuş sayı: 2417