Netanyahu girovların azad olunması üzrə irəliləyişlə bağlı fövqəladə iclas keçirdi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunda radikal qruplar tərəfindən saxlanılan girovların azad olunması üzrə danışıqlarda əldə olunan irəliləyiş səbəbindən fövqəladə iclas çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu danışıqların son vəziyyətini müzakirə etmək və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə müdafiə naziri İsrael Kats, strateji planlaşdırma naziri Ron Dermer, Baş Qərargah rəisi Eyal Zamir və danışıqlar komandasının üzvləri ilə görüşüb.
Danışıqların detalları açıqlanmasa da, hökumət bu istiqamətdə müəyyən irəliləyiş olduğunu təsdiqləyib. Rəsmi Tel-Əvivin yaxın günlərdə girovların azad olunması üçün daha konkret addımlar atması gözlənilir.
02:27 11.06.2025
Oxunuş sayı: 1337