BAEA: "İran gizli obyektlərdə partlayıcı sınaqlar keçirib"

İran və ABŞ arasında nüvə danışıqları kritik mərhələyə daxil olduğu bir vaxtda, Tehranla bağlı narahatedici məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi təşviş yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın bəzi gizli obyektlərində şübhəli partlayıcı sınaqların keçirilməsi barədə məlumatlar əldə edib. Bu fakt Tehranın nüvə proqramının sülhməramlı mahiyyət daşımadığı ehtimalını gücləndirir.
Eyni zamanda, analitiklər İsrailin mürəkkəb və çətin seçim qarşısında olduğunu vurğulayırlar. İranın artan təhdidləri fonunda Təl-Əviv hərbi zərbə variantlarını qiymətləndirir, lakin ABŞ-lə aparılan danışıqlar prosesinin pozulmaması üçün qərar qəbulunu çətinləşdirir.
“The Jerusalem Post” bildirir ki, İsrail həm İranın açıq təhdidlərini nəzərə almalı, həm də diplomatik dialoqu pozmadan hərəkət etməlidir. İranın nüvə silahına malik olması ehtimalı isə regionda gərginliyin artmasına və İsrailin təhlükəsizlik strategiyasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
21:28 10.06.2025
Oxunuş sayı: 1571