Viktor Orban: “Rusiya NATO-ya hücum etmək üçün yetərincə güclü deyil”

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya NATO ölkələri üçün hərbi təhdid yaratmır.
Crossmedia.az xəbər verir ki, bu barədə LCI telekanalı yayımlayıb.
Onun sözlərinə görə, Moskva Ukraynanı belə məğlub edə bilmədiyi halda, NATO-ya ciddi hücum etməsi real görünmür.
“Onlar Ukraynanı belə məğlub edə bilmirlər, NATO-ya ciddi şəkildə hücum etmələri mümkün deyil”, – deyə Orban vurğulayıb.
O, həmçinin qeyd edib ki, hazırda Ukrayna uduzur və müharibənin bitməsi ilə bağlı real danışıqlar yalnız Rusiya ilə ABŞ arasında baş tuta bilər. Orbanın fikrincə, nə Ukrayna, nə də Avropa Rusiyayla razılığa gələ bilməyəcək.
Xumar Emilqızı
18:08 10.06.2025
Oxunuş sayı: 1187