Baş nazir: Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə bir sıra perspektivli layihələri nəzərdən keçirir

Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə bir sıra perspektivli layihələri nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov 4-cü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib.
"Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya şirkəti xətti üzrə səmərəli işləyirik. Bu gün müxtəlif sahələrdə bir sıra perspektivli layihələr nəzərdən keçirilir", - Ə.Əsədov qeyd edib.
Onun sözlərinə görə, əməkdaşlıq üçün daha bir perspektivli istiqamət alternativ enerji sahəsidir: "Azərbaycanın bu istiqamətdə geniş gündəmi var. Artıq dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələr həyata keçirilir".
Ə.Əsədov əlavə edib ki, Azərbaycan həmçinin Avropaya “yaşıl enerji” tədarükçüsü kimi fəal inkişaf edir:
"Bu gün Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə Avropaya “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi üzərində birgə işləyirik. Bundan əlavə, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan dövlət başçıları Xəzər dənizi - Qara dəniz marşrutu ilə Avropaya “yaşıl enerji” ixracı üçün geniş imkanlar açan Saziş imzalayıblar", - Baş nazir vurğulayıb.
16:44 10.06.2025
Oxunuş sayı: 962