Çin elektrikli avtomobilləri Avropanı fəth edir

Çin şirkəti BYD-nin “Dolphin Surf” adlı ucuz və müasir elektrikli avtomobili bu həftə Britaniya bazarına çıxarılır. Qiyməti cəmi 18,000 funt sterlinq olan bu model Avropada rəqiblərinə ciddi təzyiq yaradır. Bu, indiki məzənnə ilə təxminən 38,000–39,000 manat edir .
Crossmedia.az xəbər verir ki, Bu barədə BBC məlumat verib.
BYD 2024-cü ildə Tesla-nı geridə qoyaraq dünyanın ən çox elektrikli avtomobil satan markasına çevrilib və Avropada sürətlə böyüyür.
Mütəxəssislər Çin avtomobillərinin keyfiyyətli və ucuz olduğunu desə də, kibertəhlükəsizlik və bazar rəqabəti ilə bağlı narahatlıqlar mövcuddur. Avropa markaları isə bu təzyiqə cavab verməzsə, geri qalıb bazardan sıxışdırıla bilər.
Nigar Rəhimova
15:12 10.06.2025
Oxunuş sayı: 992