KİV: Ukrayna öz ballistik raketlərini döyüşdə sınaqdan keçirir

Ukraynanın artıq öz istehsalı olan ballistik raketləri real döyüş şəraitində sınaqdan keçirdiyinə dair ciddi əlamətlər var. May ayının əvvəlindən etibarən Rusiya ordusuna məxsus komanda məntəqələrinin məhv edilməsi hallarında kəskin artım müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat verib.
Ekspertlər bu vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin yüksək dəqiqlikli və uzaqmənzilli silahlardan, xüsusilə ballistik raketlərdən istifadə etməyə başlaması ilə əlaqələndirirlər. Bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və texnoloji imkanlarının artması baxımından mühüm göstərici hesab olunur.
Nigar Rəhimova
23:00 09.06.2025
Oxunuş sayı: 3293