Rusiya rəsmisi: "Ukrayna Qərbin təzyiqi ilə sazişdən imtina etdi"

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna 2022-ci ilin aprel ayında Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və ABŞ nümayəndələri ilə apardığı məsləhətləşmələrdən sonra Rusiya ilə sülh sazişi imzalanmasına qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, Medinski bu barədə rusiyalı jurnalistlərə danışıb. Onun sözlərinə görə, həmin vaxt Ukrayna rəhbərliyi “xarici tərəfdaşların müqavilənin bağlanmasına qarşı olduğunu” bəyan edib.
Mədinə Cəlilova
23:40 09.06.2025
Oxunuş sayı: 3741