Orban: Rusiya NATO-ya hücum edəcək potensialda deyil

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropada genişmiqyaslı müharibə riski real deyil, çünki Rusiya buna hərbi cəhətdən hazır və yetərincə güclü deyil.
Crossmedia.az xəbər verir ki, Orban bu fikirləri “Insider UA” nəşrinə verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, Rusiyanın NATO-ya qarşı hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. “Onlar hətta Ukraynanı belə məğlub edə bilmirlər. Belə olan halda, NATO kimi böyük bir hərbi alyansa hücum etmələri mümkün deyil”,– deyə Orban vurğulayıb.
Baş nazir hesab edir ki, Qərbdə bəzi dairələrin yaydığı “müharibə qorxusu” reallığa əsaslanmır və bu, daha çox siyasi manipulyasiya xarakteri daşıyır. O, Avropanın təhlükəsizliyi üçün əsas şərtin münaqişənin daha da dərinləşməsinə imkan verilməməsi olduğunu bildirib.
Mədinə Cəlilova
22:20 09.06.2025
Oxunuş sayı: 647