Qəzzada ölənlərin sayı 54 minə çatıb

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 54 927 nəfərə çatıb.
Crossmedia.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi iyunun 9-da açıqlama yayıb.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrailin hava və quru hücumları nəticəsində daha 47 nəfər həyatını itirib, 388 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Martın 18-dən – İsrailin atəşkəs rejimini pozaraq genişmiqyaslı hücumlara yenidən başlamasından bu günə qədər 4649 nəfər həlak olub, 14 574 nəfər yaralanıb.
Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən etibarən başlayan hərbi əməliyyatlar nəticəsində yaralıların ümumi sayı 126 615 nəfərə yüksəlib.
Qeyd edək ki, bölgədə humanitar vəziyyət günbəgün daha da ağırlaşır və beynəlxalq ictimaiyyət İsraili atəşkəsə çağırmaqda davam edir. Lakin hücumlar aramsız şəkildə davam edir.
Aybəniz Səfərova
19:50 09.06.2025
Oxunuş sayı: 827