Zelenski: “İstanbul razılaşmaları humanitar prosesin əsasını qoyub”

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda aparılan danışıqlar nəticəsində Rusiya ilə əsir mübadiləsinin başladığını rəsmi şəkildə təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, telegram hesabında məlumat yayıb.
Zelenski bildirib ki, mübadilə artıq başlayıb və yaxın günlərdə bir neçə mərhələdə davam etdiriləcək. Geri qaytarılan şəxslər arasında yaralı və ağır yaralıların, eləcə də 25 yaşdan aşağı hərbi qulluqçuların olduğu vurğulanıb.
O, əsir mübadiləsinin mürəkkəb və həssas bir proses olduğunu qeyd edərək, məsələnin intensiv müzakirələr fonunda irəlilədiyini bildirib.
“İstanbul danışıqlarında əldə olunmuş humanitar razılaşmaların tam şəkildə icrasını gözləyirik. Hamını geri qaytarmaq üçün bütün səviyyələrdə iş aparılır”, – Zelenski vurğulayıb.
Xatırladaq ki, iyunun 2-də İstanbulda keçirilən görüşdə Rusiya və Ukrayna nümayəndə heyətləri 6 min Ukrayna əsgərinin donmuş cəsədlərinin təhvil verilməsi, eləcə də ağır yaralı və xəstə əsirlər ilə 25 yaşdan aşağı hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər.
19:25 09.06.2025
Oxunuş sayı: 704