Kanada bu ölkəyə hərbi yardım paketini elan edib

Kanada, Ukraynaya yeni hərbi yardım paketini elan edib. Paketin ümumi dəyəri 35 milyon dollar təşkil edir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Paketin əsasını LAV-2 bazasında hazırlanmış Coyote zirehli kəşfiyyat maşınları və Bison zirehli transportyorları təşkil edir.
Bundan əlavə, bu paket çərçivəsində 5 milyon dollar, Kanada istehsalı olan radioelektron mübarizə sistemlərinə ayrılacaq.
Nuray Mikayıllı
16:10 09.06.2025
Oxunuş sayı: 3885