İsrail ordusu humanitar yüklü gəmini ələ keçirib

Humanitar yüklərlə Qəzzadakı insanlara yardım məqsədilə yola çıxan "Madleen" gəmisinin İsrail qüvvələri tərəfindən ələ keçirilib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Gəmi Qəzzada kəskin şəkildə artan humanitar böhranla əlaqəli yük daşıdığını və hər nə olursa olsun bu yüklərin Qəzzaya çatdırılmalı olduğunu bildirsə də, İsrail hökuməti bunun "zolaq daxilində yaşayan terrorçular üçün" çıxış yolu olacağını ifadə edərək gəmiyə müdaxilə edib.
İsrail ordusu gəmiyə çıxıb və aksiyaçıları saxlayıb.
Nuray Mikayıllı
10:51 09.06.2025
Oxunuş sayı: 2278