Türkiyə, Misir və İordaniya XİN rəhbərləri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər

Türkiyə xarici işlər naziri Hakan Fidan, Misir Xarici işlər naziri Badr Əbdülati və İordaniya xarici işlər naziri Ayman Safadi ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, məlumatı diplomatik mənbələrə istinadən Anadolu Agentliyi yayıb.
Telefon danışığı zamanı Qəzza zolağında yaranmış son vəziyyət və atəşkəsə nail olmaq üçün göstərilən səylər müzakirə olunub. Tərəflər bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılması və münaqişənin dayandırılması istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Mədinə Cəlilova
09:00 09.06.2025
Oxunuş sayı: 904