İsrail Suriyanı havadan vurdu: “Hədəf HƏMAS üzvü” iddiası

İsrail ordusu Suriyanın cənubuna həyata keçirdiyi hava hücumunda bir HƏMAS üzvünü hədəfə aldığını iddia edib.
Crossmedia.az xəbər verir ki, prdu tərəfindən yayılan açıqlamada, Suriyanın cənubunda yerləşən Beyt Cin qəsəbəsinin İsrailə məxsus hərbi təyyarə tərəfindən vurulduğu bildirilib. Hücumun əsas hədəfinin “bir HƏMAS üzvü” olduğu qeyd olunub.
İsrail ordusu 1967-ci ildən bəri işğal altında saxladığı Qolan Təpələrinə bitişik tampon bölgəni 8 dekabr 2024-cü ildə nəzarətə götürmüşdü. Daha sonra İsrail qoşunları həmin tampon bölgənin də kənarına çıxaraq paytaxt Dəməşqin 20 kilometrliyinə qədər irəliləmişdi.
Baas rejiminin 8 dekabr 2024-cü ildə süqutundan sonra Suriyada devrilmiş rejimə məxsus onlarca nöqtəni hədəfə alan İsrail, ölkənin bir çox bölgəsinə hücumlar təşkil etmişdi.
Mayın ikisində Dəməşqdə Prezident Sarayı yaxınlığında bir ərazini bombalayan İsrail təyyarələri, həmin gün gecə saatlarında ölkənin 5 müxtəlif vilayətində azı 14 hava hücumu həyata keçirmişdi.
Mədinə Cəlilova
23:50 08.06.2025
Oxunuş sayı: 1228