Qəzza yolunda son vəziyyət: İsrail “Madleen” gəmisinə müdaxiləyə hazırlaşır

İsrail mətbuatının məlumatına görə, İsrail donanması İsveçli iqlim fəalı Qreta Tunberqin də içində olduğu “Madleen” adlı yardım gəmisini dayandırmağa və onu Aşdod limanına çəkməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, Qəzza Blokadasını Qırma Beynəlxalq Komitəsi gəminin İsrailin xəbərdarlıqlarına baxmayaraq Misir sularına daxil olduğunu açıqlayıb. Təşkilat bildirib ki, gəmi İsgəndəriyyə limanından keçib və yaxın saatlarda Mansura şəhəri üzərindən Qəzzaya çatmağı planlaşdırır. Komitə açıqlamasında “qarşıdakı saatların olduqca kritik” olduğunu vurğulayıb.
“Madleen” yelkənlisində ümumilikdə 12 nəfər, o cümlədən İsveçli fəal Qreta Tunberq və irlandiyalı aktyor Liam Kanningem də yer alır. Gəmi hazırda Misir sularında hərəkətdədir.
Təşkilatçılara görə, gəmi ilə Qəzzə xalqı üçün uşaq qidası, un, düyü, uşaq bezi, qadın gigiyena vasitələri, su təmizləyici dəstlər, tibbi ləvazimatlar, qoltuq ağacları və uşaq protezləri kimi təcili yardım ləvazimatları göndərilir.
Komitə həmçinin İsrailin gəminin mövqeyi və siqnalını pozmağa çalışdığı barədə xəbərdarlıq edib: “İsrailin ‘Madleen’dəki həmkarlarımızın yerini və siqnalını pozduğu görünür. Bu, ciddi bir vəziyyətdir”.
Yelkənlidəki türk aktivist Hüseyn Şuayb bildirib: “Hazırda yolumuz birbaşa Qəzzəyədir. Heç bir şəkildə yolumuzu dəyişmədən irəliləyirik. Çox az məsafə qalıb. Bizim üçün kritik saatlardır. Sabah, inşallah, Qəzzədə olacağıq – əgər qarşısı alınmazsa”.
“Madleen” gəmisində olan fəal Yasemin Acar da gəmidə rabitənin kəsildiyini təsdiqləyib: “Əgər qarşıdakı saatlarda bizdən xəbər ala bilməsəniz, bu, dünyayla əlaqəmizin kəsildiyi deməkdir. Bunu Qəzza üçün etdiyimizi unutmayın”.
Mədinə Cəlilova
21:40 08.06.2025
Oxunuş sayı: 1023