“Dəmir diplomatiya”: Hakan Fidanın Kiyevə simvolik səfəri

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynanın paytaxtı Kiyevə qatarla etdiyi səfər diplomatik dairələrdə böyük maraq doğurdu.
Crossmedia.az bu barədə "Arab News"-a istinadən xəbər verir.
Bu səfər, təkcə rəsmi bir görüş deyil, eyni zamanda “dəmir diplomatiya” adlanan bir simvol halına gəldi. Müharibə dövründə bir çox Qərb lideri təhlükəsizlik səbəbilə Ukraynaya qatarla gedərkən maksimum ehtiyat tədbirləri görürdü – pəncərələr örtülü, mətbuatsız və gizli səfərlər həyata keçirilirdi.
Amma Hakan Fidanın səfərində isə pəncərələr açıq saxlanılıb, türk jurnalistlər qatara dəvət edilib və bu şəffaflıq, Türkiyənin bu münaqişəyə yanaşmasında nə qədər cəsarətli və açıq olduğunu nümayiş etdirib. Bu, Ankara tərəfindən Ukraynaya verilən siyasi dəstəyin və eyni zamanda diplomatik təsirin güclü mesajı idi”.
19:00 08.06.2025
Oxunuş sayı: 832