Paşinyan Ter-Petrosyanı saxtakarlıqda ittiham etdi

Nikol Paşinyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı saxtakar adlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir", - deyə, o, bildirib.
Xatırlatmaq istərdik ki, Paşinyan 2008-ci ildə Petrosyanı “hamımızın tabe olduğumuz bir şəxs” adlandırır və Fransa səfirliyi qarşısında çıxışı zamanı Petrosyanı xalqın lideri kimi təqdim edirdi.
18:07 08.06.2025
Oxunuş sayı: 787