Bu ölkədə müdafiə naziri dəyişdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu və daha əvvəl töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi vəzifədən azad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini və Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı olan Dauren Kosanov təyin edilib.
Dövlət başçısının mətbuat xidməti hələ ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə açıqlama verməyib.
13:55 08.06.2025
Oxunuş sayı: 931