Vens Maskı tənqid etdi: “Trampla bağlı ciddi səhvə yol verdin!”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens milyarder İlon Maskın hazırkı prezident Donald Trampla münasibətlərində son dövrlər yaşanan dəyişikliklərə sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Vens bu barədə fikirlərini verdiyi son müsahibədə səsləndirib.
Onun sözlərinə görə, Maskın Trampdan uzaq durmağa çalışması siyasi baxımdan uğursuz addımdır.
“Düşünürəm ki, İlon bu məsələdə emosional davrandı və Trampın arxasınca getməməklə böyük səhvə yol verdi. Amma mən onun bu mövzuya qayıdacağına inanıram”, – deyə vitse-prezident bildirib.
JD Vens həmçinin əlavə edib ki, sərt mövqe nümayiş etdirmək bəzən təbii haldır və insan emosiyalarına anlayışla yanaşmaq lazımdır:
“Bəlkə də, indi o geri dönə bilməz, çünki mövqeyi çox sərtdir. Amma bu, hamımızın başına gələ biləcək bir haldır. Hətta deyərdim ki, son 24 saatda öz hirslə davranışımı Maskdan daha pis idarə etdiyim bir vəziyyət yaşadım”, – deyə o vurğulayıb.
Qeyd edək ki, son günlər İlon Mask sosial şəbəkələrdə və mediada Donald Trampı hədəf alan tənqidi çıxışları ilə diqqət çəkib. Bu açıqlamalar Ağ Evdən ayrıldıqdan sonra Mask və Tramp arasında formalaşan açıq fikir ayrılıqlarını daha da dərinləşdirib.
12:53 08.06.2025
Oxunuş sayı: 1069