Los-Ancelesdə etirazlar pik həddə: Şəhərə Milli Qvardiya yeridilir - YENİLƏNİB






ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantların deportasiyasına etiraz olaraq başlayan iğtişaşların yatırılmasında ölkənin Milli Qvardiya qüvvələrinin rolunu yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O, ABŞ Milli Qvardiyasına təşəkkürünü bildirərək yerli hakimiyyət orqanlarını fəaliyyətsizliyində ittiham edib.
“İki gün davam edən zorakılıq, toqquşmalar və iğtişaşlar nəticəsində Los-Ancelesdə Milli Qvardiya böyük işlər görüb. Bacarıqsız Kaliforniya qubernatoru Qevin Nyusom və Los-Anceles meri Karen Bass, ənənəvi olaraq vəzifələrini yerinə yetirə bilməyiblər”, – deyə Tramp vurğulayıb.
Bundan əlavə, o, vətəndaşların aksiyalarda üzlərini gizlətməsindən narazılığını ifadə edərək, bundan sonra aksiyalarda maska taxmağın qadağan olunduğunu bildirib.
12:36
XXX
ABŞ-nin Los-Anceles şəhərində miqrantlara qarşı keçirilən genişmiqyaslı saxlanma əməliyyatından sonra kütləvi etiraz aksiyaları başlayıb.
Crossmedia.az xəbər verir ki, nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar şəhərdə vəziyyətin gərginləşməsinə səbəb olub.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) Los-Ancelesin müxtəlif bölgələrində iş yerlərinə reydlər təşkil edərək mühacirləri saxlayıb.
ABŞ mediasının məlumatına görə, əməliyyat nəticəsində onlarla şəxs saxlanılıb.
Əməliyyata cavab olaraq şəhərin müxtəlif yerlərində, o cümlədən federal məhkəmə binası və təcridxana qarşısında etirazçılar toplaşıb. Aksiya iştirakçılarından bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına beton parçaları atıb. Polis isə gözyaşardıcı qazla cavab verib.
ABŞ Prezidentinin baş müşaviri Stiven Miller etirazları “ABŞ-yə qarşı üsyan” adlandıraraq, dövlətin hadisələrə müdaxilə edəcəyini bəyan edib.
Ölkədə artan xaos fonunda Prezident Donald Trampın sərhəd təhlükəsizliyi üzrə komissarı Tom Homan "Fox News" telekanalına açıqlamasında bildirib ki, Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi barədə qərar verilib.
14:23 08.06.2025
Oxunuş sayı: 1415