ABŞ Londonda Çin səfirliyinin açılmasından narahatdır

ABŞ Böyük Britaniyaya Çinin Londonda yeni səfirlik açması ilə bağlı xəbərdarlıq edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nəşrə ABŞ-nin yüksək rütbəli məmuru deyib: “Birləşmiş Ştatlar Çinin potensial olaraq ən yaxın
müttəfiqlərimizdən birinin məxfi məlumatlarına çıxış əldə etməsindən dərin narahatdır”.
Qeyd olunub ki, Çinin gələcək səfirliyinin binası Britaniya paytaxtının iri maliyyə mərkəzləri arasında yerləşir. Yaxınlıqda isə Amerikanın bir neçə data-mərkəzi də var.
Vaşinqton Pekinin məxfi məlumatlara çıxış əldə edə biləcəyindən narahatdır.
09:38 08.06.2025
Oxunuş sayı: 755