Rusiya Xarkovu bombaladı: Ölən və yaralananlar var


Rusiya Silahlı Qüvvələri iyunun 7-də Xarkov şəhərinə aviazərbələr endirib.
Crossmedia.az "NEXTA live"a istinadən xəbər verir ki, hücum nəticəsində bir qadın həlak olub, azı 18 nəfər yaralanıb.
Xarkov meri İqor Terexovun sözlərinə görə, yaralıların sayı artmaqda davam edir. Onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 3-ü ağır vəziyyətdədir.
Zərbələr nəticəsində Uşaq Dəmir Yolu, sərnişin vaqonları, iki fərdi yaşayış evi və bir yardımçı tikili ciddi ziyan görüb.
Rusiya ordusunun hücumları mülki infrastrukturu hədəfə almaqda davam edir.
Aybəniz Səfərova
21:36 07.06.2025
Oxunuş sayı: 787