İranda polislər futbol azarkeşlərinə hücum ediblər


İyunun 7-də İranın paytaxtı Tehranda “Esteqlal” futbol klubunun azarkeşlərinin keçirdiyi dinc aksiya polis qüvvələrinin zorakılığı ilə dağıdılıb.
Crossmedia.az xəbər verir ki, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) klubun Tehrandakı inzibati binası qarşısında toplaşan azarkeşlərə təhlükəsizlik orqanlarının müdaxilə etdiyini və bir neçə nəfərin saxlanıldığını açıqlayıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı fiziki zorakılıq tətbiq etməsi əks olunub.
19:56 07.06.2025
Oxunuş sayı: 855