İran İsrailin nüvə proqramını ələ keçirdiyini açıqlayıb

İran İsrailin nüvə proqramı və strateji obyektlərinə dair minlərlə məxfi sənədi ələ keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İran dövlət televiziyası ölkənin kəşfiyyat mənbələrinə istinadla yayıb.
Məlumata görə, İranın kəşfiyyat orqanları İsrailin nüvə planları, infrastrukturu və digər strateji obyektlərinə dair yüksək məxfilik daşıyan məlumatları ələ keçirib. Əldə olunan materialların böyük hissəsi sənəd formasındadır və saylarının minlərlə olduğu bildirilib.
İran mediasının məlumatında qeyd olunur ki, əməliyyat bir müddət əvvəl həyata keçirilib. Lakin sənədlərin həcminin çoxluğu və onların təhlükəsiz şəkildə ölkəyə daşınmasının vaxt alması səbəbilə bu barədə məlumatın ictimaiyyətə verilməsi gecikib.
İran tərəfi hazırda sənədlərin araşdırıldığını və müəyyən hissəsinin gələcəkdə ictimaiyyətlə paylaşılacağını bəyan edib.
İsrail rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
18:26 07.06.2025
Oxunuş sayı: 848